Xəbər lenti

Arvad ərini 1 kilometr sürüdü
Dünya10:39 09.04.2013

Arvad ərini 1 kilometr sürüdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaponiyada bir qadın boşanmaq istədiyi ərini maşının qabağında sürüyüb. 

Qaynar.info-nun məlumatına görə, ərlə arvad arasında mübahisə boşanma zamanı məhkəmə zalında baş verib. 

Ər məhkəmə salonundan çıxaraq maşına minib getmək istəyən arvadını saxlamaq üçün özünü maşının qabağına atıb. Lakin ərinə əhəmiyyət verməyən qadın yoluna davam edib və onu 1 kilometrə yaxın maşının qabağında sürüyüb. 

Maşının dayanmasından sonra yaxındakıların yardımı ilə kişi xəstəxanaya aparılıb. 

Polis tərəfindən saxlanılan qadın verdiyi ifadəsində ərini öldürmək niyyətinin olmadığını bildirib. 

Qaynar.info