
Səudiyyə Ərəbistanının Safva şəhərində arvadına şillə vuran kişiyə 30 şallaq zərbəsi və 10 gün həbs cəzası verilib.
Qaynar.info-nun məlumatına görə, hakim zərərçəkmiş qadına ərinin şallaqlanması mərasiminə qatılmağa icazə verib və məhkuma əxlaq və düzgün davranış dərslərinə qatılmağı tövsiyyə edib.
Qeyd edək ki, mübahisə zamanı ona şillə vurduğu üçün qadın ərini məhkəməyə vermişdi. Şillə vurduğunu etiraf edən kişi arvadının onun valideynlərini təhqir etdiyini bildirmişdi.
Qaynar.info