Xəbər lenti

Dünya 22:06 23.06.2023

Arxeoloqlar cəngəllikdə qədim Maya şəhərinin qalıqlarını tapdı

Meksikada arxeoloqlar qrupu Yucatan yarımadasının meşə sahəsində qədim Maya sivilizasiyasının qalıqlarını aşkar ediblər. 

Qaynarinfo xəbər verir ki, qədim şəhərə hər tərəfinə səpələnmiş çoxlu sayda silindrik daş sütunlar olduğu üçün Maya dilində daş sütun mənasını verən "Ocamtun" adı verilib.

Meksika Milli Antropologiya və Tarix İnstitutundan (INAH) verilən açıqlamaya görə, arxeoloq İvan Spraycın rəhbərlik etdiyi tədqiqat qrupu Yucatan yarımadasının Kampeçe əyalətindəki Balamku qoruq ərazisində qədim Maya sivilizasiyasının qalıqlarını aşkar edib. Aşkar edilmiş qədim şəhərin hər yerinə səpələnmiş çoxlu sayda silindrik daş sütunlar var. 

Qalıqlar INAH Arxeoloji Şurası tərəfindən təsdiq edilmiş "Mərkəzi Maya düzənliklərinin arxeoloji panoramasının genişləndirilməsi” layihəsi çərçivəsində aparılan çöl işləri nəticəsində tapılıb. 50 hektardan çox ərazini əhatə edən qədim şəhər bir neçə möhtəşəm tikiliyə, o cümlədən hündürlüyü 15 metrdən çox olan piramidaya bənzər bir neçə tikiliyə malikdir.

Məlumatda arxeoloq İvan Spraycın mövzu ilə bağlı açıqlamaları da yer alıb. Ərazinin Klassik dövrdə (eramızın 250-1000-ci illər) əhəmiyyətli bir regional mərkəz rolunu oynadığını qeyd edən Sprayc, "Yer səthində və bəzi sınaq çuxurlarında topladığımız ən çox yayılmış dulusçuluq növləri erkən Klassik dövrə (eramızdan sonra 600-800-ci illər). Bununla belə, bu materialdan nümunələrin təhlili bizə yerləşdirmə qaydası haqqında daha etibarlı məlumatlar verəcək", deyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->