"Bizim arzu və ümidimiz cənab İlham Əliyevin və cənab Prezidentin (Rəcəb Tayyib Ərdoğan-red) Ermənistana uzatdığı sülh əlinin birlikdə başa düşülməsidir. Bu fürsətdən istifadə edilməsidir. Söhbət yalnız Azərbaycan, Ermənistandan getmir, bütün bölgəni - Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İranı bütövlükdə, regionun sabitlik adasına çevirməkdən gedir”.
Qaynarinfo xəbər verir ki, bu bunu Türkiyə Müdafiə naziri Hulusi Akar Azərbaycanda baş verənlərdən danışarkən deyib.
Onun sözlərinə görə, məqsəd bütün Qafqazda davamlı sülh və sabitliyə nail olmaqdan ibarətdir:
"Azərbaycan bizim əziz qardaşımızdır. İki dövlət, bir dövlət mövqeyindən başlayaraq Azərbaycanın haqq işlərində onların yanındayıq".