
Hindistanda bir kəndin ağsaqalları əmisi tərəfindən oğuranaraq, gizlədilən bir qızı cəzalandırmaq üçün onun saçlarını kəsiblər. "Daily Mail"in verdiyi xəbərə görə, 18 yaşı olduğu bildirilən qız özünü "həddindən artıq gözəl" göstərdiyi üçün ictimaiyyət qarşısında cəzalandırılıb, onun saçları kəsilib.
Ağsaqalların qarşısında saçları kəsilən qıza gənc oğlanlar təhqirlər və nifrinlər yağdırıblar, gənc qızın problemləri bununla bitməyib, o, belə vəziyyətdə kəndin küçələrində gəzməyə məcbur edilib.
Hadisə böyüyəndən sonra polis 16 nəfəri saxlayıb, 3 nəfər isə axtarılır. || ANN.Az