Xəbər lenti

Asim Mollazadə Avropa-Ukrayna Forumunda çıxış edəcək
Siyasət04:53 11.05.2013

Asim Mollazadə Avropa-Ukrayna Forumunda çıxış edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə 6-cı Avropa-Ukrayna Forumunda iştirak etmək üçün Budapeştə gedib.
DİP-in mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, Polşanın Şərq Araşdırmaları İnstitutunun və Macarıstanın Xarici İşlər Nazirliyinin təşkil etdiyi bu dəfəki forumun mövzusu "Avropa Birliyi-Ukrayna: Əməkdaşlığın prioritetləri. Yeni məqsədlər, köhnə çağırışlar"dır.

Forumda Avropanın enerji təhlükəsizliyi, iqtisadi islahatlar, yenidənqurma prosesləri, demokratik inkişaf və sərmayələrin cəlbi ilə bağlı məsələlər müzakirə olunacaq.

Asim Mollazadə Forumun "Qanunun aliliyi - demokratiyanın inkişafı üçün perspektivlər" panelində çıxış edəcək.  Foruma Avropanın bir sıra hökumət rəhbərləri, nazirlər , parlamentlərin, nüfuzlu beynəlxalq təşkilatların, aparıcı beyin mərkəzlərinin, iri maliyyə qurumlarının rəhbərləri və nümayəndələri qatılacaq. Bu forum ənənəvi beynəlxalq İqtisadi Forumun çərçivəsində reallaşacaq.  

Qaynar.info