Xəbər lenti

Asim Mollazadə İstanbulda məruzə edəcək
Siyasət10:08 19.02.2014

Asim Mollazadə İstanbulda məruzə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Qara Dəniz regionunda mədəniyyətlərarası dialoq və etimad tədbirləri üzrə Beynəlxalq Gənclər Forumunda iştirak etmək üçün İstanbula gedib.

Asim Mollazadə Forumun "Qara dəniz regionunda münaqişələrin transformasiyası və regional əməkdaşlıq perspektivləri " panelində məruzə edəcək və digər panellərdə keçirilən diskussiyalara qatılacaq.

Almaniyanın Robert Bosch, ABŞ-ın Alman Marşall fondlarının və Azərbaycan- Amerika Gəncləri İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən forumda region ölkələrində tolerantlıq, mədəniyyətlərarası dialoq, regionun enerji təhlükəsizliyində Azərbaycan-Türkiyə əməkdaşlığının rolu və digər mövzular müzakirə ediləcək.

Qaynar.info