Xəbər lenti

Asim Mollazadə konqresmenlərdən Xocalıya ədalət istədi
Siyasət08:37 26.02.2015

Asim Mollazadə konqresmenlərdən Xocalıya ədalət istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millət vəkili Pensilvaniya ştatının Nümayəndələr Palatasının üzvlərinə təşəkkür edib

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Xocalı qətliamının qurbanlarının xatirəsini anmaq və bu faciə üçün ədalət tələb etmək məqsədilə, ABŞ-da fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyasının (AFAZ) Vaşinqtonda təşkil etdiyi xüsusi mərasimə qatılıb.

Qaynar.info-nun verdiyi xəbərə görə, mərasimdə Asim Mollazadə Xocalı qətliamının Azərbaycan cəmiyyətində buraxdığı dərin izlərdən söz açıb. O, tədbirdə iştirak edən konqresmenlərdən və ABŞ ictimaiyyətinin nümayəndələrindən Xocalıya ədalət istəyib. Millət vəkili onlardan Xocalı qətliamının tanınması, bu qanlı cinayətdə əli olan insanların, xüsusilə də Ermənistanın hazırkı prezidenti Serj Sərkisyanın cəzalandırılması üçün dəstəklərini əsirgəməməyi xahiş edib.

Qeyd edək ki, ABŞ-ın Pensilvaniya ştatının Nümayəndələr Palatası Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar xüsusi qətnamə qəbul edib. Bununla bağlı ştatın paytaxtı Harrisburqda Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə görüş olub. Demokratik İslahatlar Partiyasının sədri  Asim Mollazadə belə bir qətnamə qəbul etdiklərinə görə Pensilvaniya ştatının Nümayəndələr Palatasının üzvlərinə təşəkkürünü bildirib.

Qaynar.info