
Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə İsrailin Los Ancelesdəki baş konsulu David Siegalla görüşüb.
DİP-in mətbuat xidmətindən ANN.Az-a daxil olan məlumata görə, tərəflər arasında Azərbaycanla İsrail arasındakı əlaqələr, bölgələrimizdəki münaqişələr, Azərbaycan-İsrail-ABŞ birgə münasibətləri müzakirə edilib.
Görüşdə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov ölkəmizin neft strategiyası barədə konsula məlumat verib.
Qaynar.info