Xəbər lenti

Asim Mollazadə Süleyman Dəmirəli təbrik etdi
Siyasət13:19 24.10.2014

Asim Mollazadə Süleyman Dəmirəli təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirələ təbrik və təşəkkür məktubu göndərib.

Qaynar.info məktubun mətnini sizə təqdim edir:“Sizi “Süleyman Demirel Demokrasi ve Kalkınma Müze ve Külliyesi”nin açılması münasibətilə səmimi qəlbdən təbrik edirəm!  Ayrıca, bu Türk milliyyəti üçün son dərəcə önəmli və gözəl olan bir hadisəyə mənim də şahidlik etməyimi istədiyiniz  üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin qardaş Türkiyə Cümhuriyyətinin inkişafında əvəzsiz xidmətləriniz danılmazdır. Siz təkcə Türkiyə üçün deyil, bütün Türk dünyası, Sovetlər Birliyindən ayrılaraq öz müstəqilliyini elan etmiş yeni Türk dövlətləri üçün də əlinizdən gələni əsirgəməmisiz. 

Ümidvaram ki, Sizin imzanız olan “Süleyman Demirel Demokrasi ve Kalkınma Müze ve Külliyesi” bütün Türk dünyası üçün önəmli bir məkan, ziyarətgah olacaq. Gələcək nəsillər bu məkandan  Türkiyə tarix və mədəniyyətinin şərəfli  bir dövrünü öyrənmək imkanı əldə edəcəklər!"

Qaynar.info