Xəbər lenti

Asim Mollazadə Xocalı soyqırımının ildönümü ilə bağlı ABŞ-a gedib
Ölkə12:00 23.02.2015

Asim Mollazadə Xocalı soyqırımının ildönümü ilə bağlı ABŞ-a gedib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Türkiyədə keçirilən tədbirlərdə iştirak edib.

Daha sonra millət vəkili ABŞ-a gedib. O, Vaşinqton, Nyu-York şəhərlərində, həmçinin, ABŞ-ın bir sıra ştatlarında Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlərdə iştirak edəcək, "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək verəcək. Səfər zamanı millət vəkilinin Xocalı soyqırımının tanıdılması, Azərbaycan-Ermənistan münaqişəsinin həlli, o cümlədən, Azərbaycan-ABŞ əlaqələri ilə bağlı Birləşmiş Ştatların önəmli simaları ilə görüşləri nəzərdə tutulub.

Qaynar.info