
O2 Design Atelier bürosundan olan Malayziya memarları Asiyada gələcəyin "post-koronavirus" şəhərini inşa etməyi planlaşdırırlar.
Qaynarinfoxəbər verir ki, bu şəhərin konsepsiyası şaquli məkanın inkişafına əsaslanır.
Xüsusilə şəhərdə hündür sütunlarla dəstəklənəcək bir neçə qüllə tikiləcək. Designboom bildirir ki, bunlar uçan kapsullardan ibarət olacaq və binalar bir-biriylə körpülərlə birləşdiriləcək.
Planın mühəndisləri eyni zamanda ağacların birbaşa altlarında böyüyə bilməsi üçün bu körpüləri çox yüksək etmək niyyətindədirlər. Beləliklə, bəşəriyyət həqiqətən quşlar kimi yaşamağa başlayacaq, yalnız daha yüksəkdə - ağaclardan da yuxarıda.
Qüllələrin hər birində mağazalar, idman kompleksləri və müxtəlif tədbirlər üçün məkanlar yerləşəcək və insanlar onların arasında xüsusi kapsullarla hərəkət edəcəklər.
Pandemiya vəziyyətində bütün əhalinin yerləşə biləcəyi qüllələrin aşağı təbəqələrində tibb mərkəzləri açılacaq.
Alpər