Xəbər lenti

AŞPA-ya müvəqqəti sədr seçildi
Siyasət14:37 10.10.2017

AŞPA-ya müvəqqəti sədr seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müvəqqəti sədri şeçilib.

"Report"un Fransa bürosu xəbər verir ki, AŞPA-nın payız sessiyasının açılışında gizli səsvermə yolu ilə Stella Kiriakides (Kipr) müvəqqəti sədr vəzifəsinə seçilib.

Gizli səsvermə zamanı Stella Kiriakides 132, Emanuelis Zinqerisdir (Litva) isə 88 səs toplayıb.

O, 2018-ci il yanvar ayının 8-dək bu vəzifəni icra edəcək.

Xatırladaq ki, Pedro Aqramuntun istefasından sonra AŞPA-nın prezidenti vəzifəsinə iki namizəd var idi.

Qaynarinfo.Az