Aşqabad ətrafındakı qəbiristanlığın işçiləri son beş həftə ərzində dəfnlərin sayının artdığını qeyd edib.
Qaynarinfo xəbər verir ki, bu haqda "Azadlıq” radiosunun Türkmənistan xidmətinin məlumatında bildirilib.
"Təkcə qəbiristanlığın ''ruslar” dəfn edilən hissəsində gündə orta hesabla 12 nəfər, müsəlman hissəsində isə daha çox yeni məzar müşahidə edilib. Morqların ağzınacan dolduğu deyilir. Ataların cənazəsi bir-birinin ardınca dəfn olunur. Müsəlmanlar yarılmaqdan imtina edirlər", - radionun mənbəsi deyib.
Lakin əksər hallarda qohumlara ölümün səbəbinin "ağciyər xəstəliyi" olduğunu deyirlər.
"Azadlıq”dan verilən məlumata görə, Aşqabadın meyitxanaları dolub və paytaxtın yoluxucu xəstəliklər xəstəxanasına isə COVID-19 simptomları olan xəstələr daxil olurlar.
Qeyd edək ki, türkmənistanda səlahiyyətlilər hələ də COVID-19-un olduğunu inkar edirlər. Aprelin sonunda ÜST ölkəyə "yoxlama" göndərsə də, onlar indiyə qədər fəaliyyət göstərməyə icazə ala bilməyiblər.
Alpər