Xəbər lenti

AST Telmana qarşı ŞOK İDDİA
Dünya13:27 21.08.2013

AST Telmana qarşı ŞOK İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Forbes"in Rusiya nəşri öz iradəsindən asılı olmayaraq Rusiya Federasiyasını tərk etməli olan 14 məşhur biznesmenin siyahısını tərtib edib.
Rusiyada gözdən düşmüş biznesmenlər sırasında Azərbaycan əsilli Telman İsmayılov da var.
Publika.Az xəbər verir ki, Telman İsmayılov AST şirkətlər qrupunun prezidentidir. “Forbes”un yazdığına görə, 2009-cu ildə ona məxsus olan “Çerkizov” bazarında tərkibində 2 milyard dollarlıq qaçaq mal olan konteynerlər aşkar olunub. İctimai qınağa tuş gəldikdə bazar bağlanılıb. Telman İsmayılov isə Türkiyəyə gedərək bu ölkənin vətəndaşlığını qəbul edib.
Qaynar.info