Xəbər lenti

Astana şəhərinin adı dəyişdirildi
Dünya11:43 20.03.2019

Astana şəhərinin adı dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxıstanın paytaxtı Astananın adı dəyişdirilib.
Qaynarinfo xəbər verir ki, Asiya ölkəsinin paytaxtı bundan sonra ölkənin ilk prezidenti Nursultan Nazarbayevin şərəfinə Nursultan adlanacaq. 
Bununla bağlı Qazaxıstan parlamentinin hər iki palatası Konstitusiyaya dəyişikliyi təsdiqləyib. Parlamentin sədri Nurlan Niqmatulin deyib ki, Qazaxıstan prezidenti referendum keçirilmədən paytaxtın adının dəyişdirilməsi barədə təklifi parlamentə təqdim edib. Paytaxtın Nurlustan adlandırılması barədə yekun qərarı isə Konstitusiya Şurası qəbul edəcək. Daha sonra sənədi Qazaxıstan prezidenti imzalamalıdır.