İdman 13:54 28.09.2023

“Aston Villa”nın futbolçuları meydana çıxmaq istəmir - Səbəb

"Aston Villa” İngiltərə Qadınlar Super Liqasında yeni mövsümdə ilk oyununu keçirməyə hazırlaşır, lakin futbolçular forma problemi səbəbindən meydana çıxmağa tərəddüd edirlər.

Qaynarinfo-nun məlumatına görə, futbolçular formalardan şikayətlənir. İngiltərə mətbuatında yer alan xəbərə görə, "Aston Villa” üçün hazırlanan formalar futbolçuları narahat edir. Formaların tərlədikdən sonra çox islanması və bədənə yapışması qadın futbolçuları qorxudur. Futbolçuların meydanda futbola fokuslanmaqda çətinlik çəkəcəkləri və proqnozlaşdırıla bilən səbəblərdən formanı geyinmək istəmədikləri bildirilib. 

Kişilərdən ibarət komandanın da indiyədək keçirdiyi matçlarda xüsusilə isti hava səbəbindən formalarla bağlı diskomfort yaşadığı müşahidə edilib. 

Səbuhi Həsənov