Xəbər lenti

Astronomlar kometaların planetlərə həyatı necə gətirdiyini kəşf etdi
Dünya09:40 15.11.2023

Astronomlar kometaların planetlərə həyatı necə gətirdiyini kəşf etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kembric Universitetinin britaniyalı alimləri kometaların digər planetlərdə həyatın yaranmasına necə töhfə verə biləcəyini və bu halda hansı şərtlərə riayət edilməli olduğunu müəyyən ediblər. 
Qaynarinfo xəbər verir ki, araşdırma "Proceedings of the Royal Society A" (RSPA) elmi jurnalında dərc olunub.
Mütəxəssislər müxtəlif riyazi modelləşdirmə üsullarından istifadə edərək müəyyən ediblər ki, kometalar orqanizmlərin yaranması üçün lazım olan birləşmələri çatdıra bilirlər, ancaq müəyyən ssenarilərdə. Günəşimizə bənzər bir ulduz ətrafında fırlanan planetlər üçün planetin kütləsi az olmalıdır.
Onların hesablamalarına görə, gələcək həyat üçün orqanizmlərin təhlükəsiz çatdırılmasının əsas meyarı kometanın sürətidir. Obyekt saniyədə 15 kilometrdən daha yavaş hərəkət etməlidir, əks halda səthə təsir edən temperatur mühüm birləşmələrin parçalanmasına səbəb olacaq.
Kometaların lazımi sürətlə hərəkət edə biləcəyi ən çox ehtimal olunan yerlər planetlərin bir-birinə yaxın olduğu sistemlər olaraq qalır. 
Əvvəlki tədqiqatlar bir çox kometaların həyatın yaranması üçün zəruri olan bir sıra birləşmələri ehtiva etdiyini təsdiqləyib. 2022-ci ildə analiz edilən Ryuqu asteroidindən alınan nümunələr onların tərkibində bütöv amin turşuları və B3 vitamini olduğunu göstərib. Digər kometalarda böyük miqdarda başqa bir vacib prebiyotik molekul - hidrogen siyanid (HCN) var.
Tədqiqatın rəhbəri Rimard Anslo "Yerdə həyatı təmin edən molekulların kometalardan gəlməsi tamamilə mümkündür, buna görə də qalaktikanın başqa yerlərindəki planetlər üçün də eyni şey ola bilər", deyib.
Astronomların fikrincə, onların işlərinin nəticələri Günəş sistemindən kənarda həyatın harada axtarılacağını müəyyən etmək üçün faydalı ola bilər.
Aydın