Dünən İstanbul Atatürk hava limanında anti-terror əməliyyatı həyata keçirilib.
Qaynarinfo.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, dünən axşam saatlarında həyata keçirilən anti-terror əməliyyatı nəticəsində 2 İŞİD üzvü saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, zərəsizləşdirilən terrorçular ölkəyə Ukraynadan gəlib.
Saxlanılan terrorçularda şəxsiyyəti təsdiq edən 2 sənəd olub. Bu sənədlərdən birində rus, digərində isə Ukrayna vətəndaşı olduqları qeyd edilib. 25 yaşlı K.V. və 35 yaşlı F.M-in üzərinə baxış zamanı 4 ədəd termal snayper tüfəngi üçün nəzərdə tutulmuş durbin, 3 dəst hərbi paltar, başqa şəxslərə aid 2 pasport, 3 ədəd Qırğızıstan şəxsiyyəti təsdiq edən sənəd və 5 doğum sənədi aşkar edilib.
Qaynarinfo.az