Xəbər lenti

Atatürk Türkiyə Konstitusiyasından çıxarılır
Dünya10:27 15.06.2016

Atatürk Türkiyə Konstitusiyasından çıxarılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölkə.az Türkiyə KİV-lərinə istinadən məlumat verir ki, ölkənin yeni Konstitusiya layihəsi bu ilin dekabr ayında Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək.

Türkiyə prezidentinin baş müşaviri Mehmet Uçum yeni qəbul ediləcək Konstitusiyada Atatürkün adının sadəcə dövlətin qurucusu qismində anılacağını bildirirərək, bundan sonra hər hansı bir ideologiya rəğbət bildirən maddələrin ölkə qanunvericiliyində yer almayacağını söyləyib.

"Yeni Konstitusiyanın giriş bölümündə Mustafa Kamal Atatürkün Türkiyə dövlətinin yaradıcısı olduğu bildiriləcək. Qalan bütün maddələr ləğv ediləcək. Yeni qanunlar hazırlanarkən bir çox ölkələrin modellərinə nəzər salınsa da, Şimali Afrika və İslandiya modellərinə üstünlük verildi", - deyə prezidentin müşaviri bildirib.

Qaynarinfo.az