Xəbər lenti

Atatürkün fotosunu montaj edən redaksiyaya hücum - FOTOLAR
Dünya11:40 15.01.2015

Atatürkün fotosunu montaj edən redaksiyaya hücum - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə daha bir qəzet hücumlara məruz qalıb. 

Qafqazinfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sosial şəbəkə hesabında Atatürkün üzərində fotoshopla işlənmiş fotosunu paylaşan "Yeni Akit" qəzeti dünən axşam 200-ə yaxın şəxsin hücumu ilə üzləşib. Qəzetin rəsmi saytında isə bildirilir ki, durumla bağlı polis məlumatlandırılsa da, redaksiyanın binasına 45 dəqiqə sonra sadəcə bir polis maşını yaxınlaşıb, lakin insidentə müdaxilə etməyiblər. Hadisə zamanı binanın şüşələri sındırılıb, işçilərin avtomobillərinə zərər dəyib. 

Qəzet yazır ki, bir qrup şəxsin silahlı olmasına rəğmən  polisin bunlara göz yumması ağıllarda  “paralel əməliyyatı aparılırmı?” sualının yaranmasına əsas verir.

Qaynar.info