
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tanınmış iş adamı Kahraman Sadıqoğlu tərəfindən kirayəyə götürülmüş Atatürkün yaxtasını milliləşdirib.
Qaynar.info xəbər verir ki, nazirlik 136 metr uzunluğundakı "Savarona" adlı yaxtanı muzey və xarici qonaqların qəbulu üçün istifadə edəcək.
Bununla bağlı yaxtanın hazırki kirayəçisi Sadıkoğlu ilə danışıqlar aparılır.
Danışıqların uğurlu alınacağı təqdirdə yaxta dövlətin əmlakına keçəcək.
Qaynar.info