Xəbər lenti

Çatda amerikalı qızla söhbətləşən yeniyetməyə 5 il həbs cəzası
Dünya15:22 11.10.2016

Çatda amerikalı qızla söhbətləşən yeniyetməyə 5 il həbs cəzası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səudiyyə Ərəbistanında yaşayan Əbu Sin adlı yeniyetmə amerikalı qızla oinlayn-çatda flirtə görə 5 il həbs cəzası alacaq.

Virtualaz.org “The Washington Post” nəşrinə istinadən yazır ki, yeniyetmə zarafat xatirinə 21 yaşlı amerikalı Kristina Krokettə ona ərə gəlməsini təklif edib.Cavab olaraq qız barmağında nişan üzüyü şəkli çəkib və sevgisini etiraf edib. Bundan sonra cütlük bir neçə dəfə də videoəlaqə vasitəsilə ünsiyyətdə olub. Sonradan Krokett söhbətlərinin videoyazısını YouTube videohostinqinə yerləşdirib.

Nəticədə, Səudiyyə Ərəbistanının dini polisi Əbu Sini mənəviyyatdan kənar hərəkətinə görə həbs edib. Hazır yeniyetmə məhkəməsini gözləyir.

Qaynarinfo.Az