Yunanıstanda 80-ə yaxın insanın ölümünə səbəb olan meşə yanğınlarının səbəbi ilə bağlı maraqlı fikir səsləndirilib.
Qaynarinfo xəbər verir ki, Yunanıstanın baş yepiskopu Metropoliti Amvrosios faciəni ölkənin baş nazirinin ateist olmağı ilə əlaqələndirib.
"Yanğın ateist baş nazir Aleksis Tsiprasa Tanrının cəzasıdır. Ateist olduqlarına görə Tanrının qəzəbinə tuş gəlirlər", - deyə o, bilirib.
Qeyd edək ki, isti hava, külək səbəbilə yanğının söndürmək qeyri-mümkündür. Fəlakət zamanı itkin düşənlərin sayı 100, yaralıların sayı isə 200 nəfərə yaxındır.
Gülşən