Xəbər lenti

Ateist gənc edam olundu - ŞOK CƏZA
Dünya06:09 10.06.2013

Ateist gənc edam olundu - ŞOK CƏZA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Suriyanın Hələb şəhərində prezident Bəşər Əsəd əleyhinə vuruşan bir qrup silahlı 15 yaşlı oğlanı öz valideynləri qarşısında güllələyərək öldürüb.

ANN.Az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu haqda Suriyanın İnsan Hüquqları Müşahidəçi qrupu məlumat verib.  

Qurumun bildirdiyinə görə, 15 yaşlı Məhəmməd Kattanı "dinsiz"liyinə görə qətlə yetirilib. O, Hələb küçələrinin birində kofe satmaqla məşğul olurmuş. Öldürülməzdən bir neçə gün əvvəl küçədə baş verən mübahisələrin birində onun hətta Məhəmməd peyğəmbər Yer kürəsinə ensə belə dindar olmayacağını bildirdiyi deyilir.  

Qeyd edək ki, silahlıların "kafir" adlandıraraq qətlə yetirdikləri yeniyetmə özü hakimiyyəti əleyhinə keçirilən yürüşlərdə iştirak edənlərdən biri olub.

Qaynar.info