Nobel mükafatı laureatlarından biri vəfat edib. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, belçikalı Kristian de Dyuv 96 yaşında eftanaziya nəticəsində ölüb. Məlumata görə, son aylarda alimin vəziyyəti kəskin pisləşib. Aprel ayının əvvlində ağır tutmalardan sonra o ftanaziyası haqqında qərar verib. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmayıb.
De Dyuv ateist olub. Sonuncu müsahibəsində o "Le Soir" qəzetinə belə demişdi: "Öülümün məni qorxudmadığı demək artıq olardı. Amma mən inanmadığım üçün sonra baş verə biləcəklərdən qorxmuram. Mən olmayanda, mən yox olacam, heçnə qalmayacaq".
Alim Nyu York-Barselonada yaşayıb. Biokimyaçı alim kral tibb akademiyası və Belçika elmlər akademiyasının üzvi olub. O, "Nobel" mükafatı ilə 1974-cü ildə tibb və fiziologiya sahəsindəki uğurlarına görə, təltif edilib. Qaynar.info