
Ermənistanda 1995-ci ildən indiyədək minlərlə əsgər ölüb.
APA-nın məlumatına görə, bu fikir Ermənistanda Raffi Ovannisyan tərəfdarlarının mitinqində atəşkəs dövründə orduda övladları həlak olmuş valideynlər tərəfindən səsləndirilib.
Övladlarının atəşkəs dövründə orduda ölümündə hazırkı hakimiyyəti ittiham edən valideynlər bu faktların ictimaiyyətdən gizlədildiyini, çox az hissəsi barədə cinayət işi açıldığını və günahkarların cəzası qaldığını bəyan ediblər.
Çıxışlarda qeyd olunub ki, hər il Ermənistan Ordusunda 50 əsgər ölür, lakin bu faktların qarşısı alınmır.
Qaynar.info