Xəbər lenti

Atəşkəs pozuldu: 2 ölü, 8 yaralı
Dünya17:11 24.09.2014

Atəşkəs pozuldu: 2 ölü, 8 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın şərqində atəşkəs rejimi yenidən pozulub. 

ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat mərkəzinin sözcüsü Andrey Lısenko açıqlama verib.Onun sözlərinə görə, ötən gün separatçılar tərəfindən atəşkəsin pozulması nəticəsində 8 Ukrayna əsgəri yaralanıb.

 "Rusiyameyilli separatçılar atəşkəsi pozmaqla Ukrayna ordusunu təxribata çəkmək istəyir. Separatçılar Donetskdə ordu qüvvələrinin mövqelərini atəşə tutub və iki mülki şəx ölüb", deyə Lısenko bildirib. 

Qeyd edək ki, sentyabrın 20-də əldə olunmuş razılığa görə tərəflər cəbhə xətti boyunca eni 30 km olan buffer zonası yaradılmalı və artilleriyalar 15 km geri çəkilməlidir.

Qaynar.info