Xəbər lenti

Atəşkəs pozuldu: jurnalist yaralandı - VİDEO
Dünya11:14 17.05.2015

Atəşkəs pozuldu: jurnalist yaralandı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayananın Donetsk bölgəsində atəşkəsin pozulması nəticəsində bir jurnalist yaralanıb. Anspress-in məlumatına görə, jurnalistin yaralanma anı özü tərəfindən anbaan kameranın yaddaşına həkk edilib.
Qızğın mübarizə zamanı rusiyayönlü separatçılar tərəfində olan jurnalist səriştəsizliyinin əziyyətini çəkib. Belə ki, məsafənin uzaq olduğunu sanan jurnalist özünün də dediyi kimi tam açıqlığa çıxıb. Bu zaman qarşı tərəfdən atılan qumbaranın partlaması nəticəsində orta-ağır dərəcədə yarlanıb.
Yaralı jurnalist təcili olaraq hospitala köçürülüb. Hazırda vəziyyəti normaldır.
Qaynar.info