Xəbər lenti

ATƏT PA-nın iclasında südəmər uşaq iştirak edir
Dünya15:56 07.07.2019

ATƏT PA-nın iclasında südəmər uşaq iştirak edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ATƏT-in Parlament Assambleyasının (PA) Lüksemburqda davam edən illik iclasında maraqlı səhnələrə də rast gəlinir.
İclaslara qucağındakı südəmər körpə ilə qatılan Kanadadan olan deputat Kristin Mur hətta çıxış da edir. Xanım siyasətçi gender problemlərinə dair məsələlər qaldırması və bu sahə ilə bağlı mühüm düzəlişlərə dair təkliflər irəli sürməsi ilə tanınır.
Təbəssüm doğuran bu səhnə ATƏT PA-nın sessiyasını işıqlandıran qəzetlərin səhifələrində və bir sıra telekanalların reportajında da yer alıb. (AZƏRTAC)