Xəbər lenti

ATƏT sədri: Azərbaycana səfər daha geniş təmasların başlanğıcı olacaq
Siyasət09:00 04.08.2026

ATƏT sədri: Azərbaycana səfər daha geniş təmasların başlanğıcı olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis Azərbaycanda səfərdədir.
Qaynarinfo xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Azerbaycana ilk rəsmi səfərimi həyata keçirməkdən məmnunam. İsveçrə Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir", - o yazıb.
İ. Kassis ATƏT-in fəaliyyətdə olan sədri kimi Cənubi Qafqazda dialoq, sülh, sabitlik və rifahı irəli aparmaqla yanaşı, ticarət, innovasiya və iqtisadi əlaqələr sahəsində əməkdaşlığı dərinləşdirməyi hədəflədiyini vurğulayıb:
"Bu səfər daha geniş regional təmasların başlanğıcı olacaq".
Xatırladaq ki, Kassis Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu qabardıb.