Xəbər lenti

Atlantik okeanda "Titan" batiskafının dağılmasının yeni versiyası üzə çıxdı
Dünya15:13 02.07.2023

Atlantik okeanda "Titan" batiskafının dağılmasının yeni versiyası üzə çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Titan” batiskafının partlamasının yeni səbəbi məlum olub. 
Qaynarinfo "The Independent" nəşrinə istinadən xəbər verir ki, Rod-Aylend Universitetinin Okeanoqrafiya üzrə Ali Məktəbinin professoru Kris Roman öz versiyasını təklif edib.
Mütəxəssis bildirib ki, fəlakət gəminin gövdəsində əmələ gələn mikro çatlar səbəbindən baş verə bilərdi ki, bu da sualtı nəqliyyat vasitəsinin uzunsov konstruksiyasından, həmçinin suya dalış zamanı suyun təzyiqi nəticəsində yaranan təkrar uzunmüddətli yüklərdən qaynaqlana bilərdi. Roman hər bir "Titan” ekspedisiyasının 12 santimetr qalınlığında gövdədə kiçik çatlar əmələ gətirməsi fikrini irəli sürüb. Əvvəlcə onlar hiss olunmaz və əhəmiyyətsiz ola bilərdilər, lakin bir müddət sonra kritik həddə çatıblar.
Ekspert hesab edir ki, batiskafən özü də təzyiqi artıra bilərdi. O, izah edib ki, kürə "ideal formaya malikdir", çünki bu halda suyun təzyiqi hər tərəfdən eyni olur.
Daha əvvəl "Titan” batiskafının məhvinə səbəb ola biləcək iki mümkün səbəb açıqlanmışdı - qeyd olunurdu ki, batiskafın möhürlənməsi üçün istifadə edilən boltlar olan lyuk gəmidə qırıla və ya korpusun dizaynında səhvlərə yol verilmiş ola bilərdi.
Xatırladaq ki, batiskaf iyunun 18-də "Titanik”ə ekspedisiya zamanı dağılıb. Daha sonra batiskafın qalıqları batmış "Titanik”dən 200 metrdən çox aralı tapılıb. Onlar "fəlakətli daxilə yönəlmiş partlayışdan” xəbər verirlər. Sualtı qayıqda 5 nəfər: 58 yaşlı britaniyalı milyarder və səyyah Həmiş Hardinq, 48 yaşlı pakistanlı britaniyalı iş adamı Şahzadə Davud və onun 19 yaşlı oğlu Süleyman, OceanGate şirkətinin baş direktoru 61 yaşlı Stokton, eləcə də Stokton Raş və aparatın pilotu, keçmiş hərbi dalğıc, "Titanik" tədqiqatçısı, 77 yaşlı fransız Pol-Henri Narjolet olub.
Alpər