Xəbər lenti

Atom stansiyasındakı təhlükəli sızıntının son vəziyyəti (FOTOLAR)
Dünya07:49 24.07.2017

Atom stansiyasındakı təhlükəli sızıntının son vəziyyəti (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaponiyada yerləşən Fukuşima atom stansiyasındakı təhlükəli sızıntının son vəziyyəti qeydə alınıb.

"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, su altına göndərilən robot təxminən 1 metr hündürlüyündə ərimiş reaktiv yanacaq aşkarlayıb. Atom stansiyası 2011-ci ildə baş verən sunami nəticəsində zərər görmüş və sızıntı prosesi başlamışdı. Stansiya hələ də ətrada reaktiv maddə yaymaqda davam edir. Bildirilir ki, ərazinin reaktiv maddədən təmizlənməsi on illər çəkəcək.

Qeyd edək ki, 2011-ci ildə baş verən güclü zəlzələ nəticəsində sunami baş vermiş, 18500 insan dünyasını dəyişmiş, atom stansiyasındakı qəza səbəbilə 200 mindən çox insan yaşadığı yeri tərk etmək məcburiyyətində qalmışdı.

Gülşən

Qaynarinfo.Az