“Azad Azərbaycan” Televiziya Şirkəti axşam efirindəki “Həftə sonu” proqramında ANS telekanalına cavab verilib.
“Qafqazinfo”nun məlumatına görə, Vaqif Aydınoğlunun qonağı iki kanal arasındakı qalmaqalın səbəbkarı aparıcı Mətanət Əliverdiyeva olub. ANS telekanalına cavab kimi hazırlanan proqramı təqdim edirik.
Xatırladaq ki, bir neçə gün əvvəl ANS-də Ləman Ələşrəfqızının müəllifi olduğu süjet Mətanətə həsr olunmuşdu. Onun efirdə səsləndirdiyi yanğınla bağlı fikirləri sərt tənqid edilmişdi.
Qeyd edək ki, Mətanət Əliverdiyevanın səsləndirdiyi “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözləri günlərdir ki, ictimai qınaqa səbəb olub.