Xəbər lenti

"Audi"nin rəhbəri həbs edildi: saxtakarlıqda ittiham edilir
Dünya13:02 18.06.2018

"Audi"nin rəhbəri həbs edildi: saxtakarlıqda ittiham edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Audi" şirkətinin rəhbəri Rupert Ştadler bu gün Münhendə həbs edilib.
Qaynarinfo xəbər verir ki, 55 yaşlı Ştadler dizel məsələsində etdiyi saxtakarlığa görə saxlanılıb. Münhen məhkəməsi Ştadlerin "Volkswagen" şirkətinə aid zəhərli qazların emissiyası nəticələrini saxtalaşdırdığını bildirib. Yanlış informasiya xüsusi proqram təminatı vasitəsilə əldə edilib. Saxtalaşdırma 2015-ci ildə ABŞ və Avropada dizellə işləyən nəqliyyat vasitələrinin nəticələrinə aid edilir.
"Volkswagen" ötən həftə skandalla bağlı 1 milyard avro cərimə ödəməyə hazır olduğunu bildirib.
Gülşən