
Bu il Kiyevdə Moldova ombudsmanı Aureliya Qriqoriuya insan hüquqlarının müdafiəsi işində göstərdiyi mərdliyə görə Müqəddəs Vladimir ordeni təqdim edilməsi mərasimi keçirilib.
Orden Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyi şərəfinə və 2013-cü ilin oktyabr ayında Moldovanın parlament vəkilinin (ombudsmanın) mandatının başa çatması ilə əlaqədar təqdim edilib. Bu barədə AzərTAc-a Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan (Bişkek) məlumat verilib.
Aureliya Qriqoriu bundan əvvəl yüksək pravoslav mükafatına – Müqəddəs Apostol Andrey Pervozvannı ordeninə layiq görülmüş yeganə Moldova vətəndaşı və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun ali mükafatına – “Heydər Əliyev” qızıl medalına layiq görülmüş yeganə qadındır.