Xəbər lenti

Çaves öldü, yaşasın Çaves!
Dünya05:24 15.04.2013

Çaves öldü, yaşasın Çaves!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Venesuelada hakim partiyadan prezidentliyə namizəd Nikolas Maduro seçkilərdə qalib gəlib.

APA-nın məlumatına görə, Milli Seçki Komissiyası Maduronun 51 faiz, müxalifətin namizədi Enrike Kaprilesin 49 faiz səs topladığını yazıb. Nəticələrin yekun olub-olmadığı açıqlanmır.

Rəqəmlər elan edildikdən sonra Nikolas Maduro seçkilərdə ədalətli yolla qalib gəldiyini bəyan edib. Kaprilesin seçki qərargahı hələlik MSK-nın nəticələrinə rəsmi münasibət bildirməsə də, səsvermədən bir gün əvvəl müxalifət lideri Twitter səhifəsində hakimiyyətin nəticələri saxtalaşdırmağa hazırlaşdığını yazıb.

Qeyd edək ki, Enrike Kapriles 2012-ci ilin oktyabrında keçirilən seçkilərdə 45 faiz səs toplayaraq Uqo Çavesə uduzmuşdu.

Qaynar.info