
Martın 5-də vəfat edən Venesuela prezidenti Uqo Çavesin cəsədi ölümündən 10 gün keçməsinə baxmayaraq dəfn edilmədiyindən çürüməyə başlayıb.
Qaynar.info-nun məlumatına görə, Venesuela liderinin tabudu dünəndən etibarən İnqilab Muzeyinə köçürülüb.
Çavesin tabutunu aparan konvoya yüz minlərlə insan qoşulub.
Ekspertlər Çavesin cəsədini mumyalamaq istəyən Venesuela hökumətinə mumyalama prosesi gecikdirildiyi üçün cəsədin çürüməyə başladığı və artıq mumyalamanın mümkün olmayacağını bildiriblər.
Çavesin cənazəsi aparıldığı muzeydə nümayiş olunacaq, lakin hələlik liderin məzarının harada olacağı məlum deyil.
Qaynar.info