
Venesuela prezidenti Uqo Çavesin ölümü ilə bağlı şok iddia ortaya çıxıb.
Qaynar.info-nun məlumatına görə, Prezidentin müşaviri Nikolas Maduro Çavesin xəstəliyinin arxasında gizli qüvvələrin dayandığını bildirib: "Tarixi düşmənlərin Çavesin səhhətinə zərbə vurmağın yolunu tapdıqları məsələsində şübhəmiz yoxdur. Bu, xüsusi heyət tərəfindən araşdırılması vacib olan bir vəziyyətdir".
Uqo Çavesin ölüm xəbərindən bir az əvvəl ölkədə sabitliyi pozmaq planları çızdıqları bəhanəsilə ABŞ səfirliyinin iki əməkdaşı deportasiya edilib. Səfirlik nümayəndələri Venesuela ordusu ilə görüşlər keçirib, hökuməti devirməkdə ittiham olunublar. ABŞ isə ittihamları absurd adlandırıb.
Qaynar.info