Xəbər lenti

Aviadaşıyıcılar nə qədər xidmət edir və nə vaxt
Dünya 10:57 07.09.2025

Aviadaşıyıcılar nə qədər xidmət edir və nə vaxt "təqaüdə" göndərilir?

Aviadaşıyıcılar müasir hərbi-dəniz qüvvələrinin texnoloji zirvəsi hesab olunsa da, onların da istismar müddəti məhduddur.

Qayanrinfo "SlashGear"ə istinadən xəbər verir ki, ABŞ donanmasının atom enerjisi ilə işləyən aviadaşıyıcıları orta hesabla 50 il xidmət göstərir. Bu müddət ərzində gəmi yalnız bir dəfə genişmiqyaslı yanacaq doldurma və əsaslı təmir (Refueling and Complex Overhaul) prosedurundan keçir. Beləliklə, onların ömrü yarım əsrdən çox davam edir.

Digər ölkələrin bir çox aviadaşıyıcıları isə hələ də dizel və ya qazturbin mühərrikləri ilə işləyir. Bu tip gəmilər mütəmadi modernizasiya və təmir olunduqca xidmət müddəti uzadıla bilir.

Məsələn, Böyük Britaniyanın 2020-ci ildə istismara verilmiş HMS Queen Elizabeth (R08) aviadaşıyıcısı dörd dizel mühərriki (hər biri 10 MVt gücündə) və iki "Rolls-Royce Marine MT30" qazturbin generatoru ilə təchiz olunub. Onun ümumi gücü 110 MVt təşkil edir və planlaşdırılan xidmət müddəti 50 ildir. Bu gəminin 2070-ci ildə istismardan çıxarılması gözlənilir.

ABŞ isə atom mühərrikli aviadaşıyıcılara keçməzdən əvvəl uzun müddət dizel yanacağına güvənib. Sonuncu belə gəmi USS John F. Kennedy (CV-67) idi. O, 1968-ci ilin sentyabrında istifadəyə verilib və yalnız 2007-ci ilin avqustunda donanmadan çıxarılıb. Beləliklə, xidmət müddəti 39 ilə yaxın olub.

Mütəxəssislərin fikrincə, atom aviadaşıyıcıları daha uzunömürlüdür, lakin çox vaxt ölkələr köhnə gəmiləri modernləşdirmək əvəzinə, texnoloji cəhətdən daha yeni nəsil aviadaşıyıcılarla əvəz etməyi üstün tuturlar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->