Xəbər lenti

Aviaşirkət 34 işçini uçuşlardan kənarlaşdırdı - Kök olduqları üçün
Dünya19:59 10.03.2017

Aviaşirkət 34 işçini uçuşlardan kənarlaşdırdı - Kök olduqları üçün

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hindistanın "Air India" dövlət aviaşirkəti artıq çəkiyə görə 34 ekipaj üzvünü uçuşlardan kənarlaşdırıb. Trend-in məlumatına görə, bu barədə mülki aviasiya naziri Cayant Sinha bildirib.

Nazir qeyd edib ki, onların 30-u qadın, 4-ü isə kişidir.

C.Sinha deyib: "Air India" belə əməkdaşlara çəkilərini azaltmaq üçün kifayət qədər imkan verir. Onlar artıq çəkidən qurtulan kimi uçuşlara buraxılacaqlar".

Qaynar.Az