Xəbər lenti

Avqust ayından Xarkov vilayətində Rusiya pasportları paylanacaq
Dünya10:02 30.07.2022

Avqust ayından Xarkov vilayətində Rusiya pasportları paylanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xarkov vilayətinin əhalisinə Rusiya pasportlarının verilməsinə avqustda başlanacaq.
Qaynarinfo "MK” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Artyom Turov bildirib.
TASS-a müsahibəsində Turov qeyd edib ki, əvvəllər Zaporojye və Xerson vilayətlərində Rusiya pasportlarının verilməsinə başlanılıb, lakin bu, regionlarda sadələşdirilmiş qaydada həyata keçirilib və Rusiya prezidentinin ayrıca fərmanı ilə tənzimlənib.
"İndi artıq Xarkov vilayəti və Ukraynanın bütün ərazisi ilə bağlı dəyişikliklər edilib.
Onun sözlərinə görə, Xarkov vilayətində və Ukraynanın "işğaldan azad edilmiş” (dırnaq işarəsi redaksiyadandır) digər vilayətlərində pasportların verilməsi funksiyası Rusiya Daxili İşlər Nazirliyinə həvalə olunub və artıq proses başlayıb. Turov yerli sakinlərin Rusiya pasportlarının alınmasına marağının artdığını və onların verilmə vaxtını qeyd edib.
"Mənə elə gəlir ki, indi hamı çox yaxşı başa düşür ki, Rusiya həmişəlik buradadır", - deyən Turov, "azad edilmiş” rayonların ərazisində pasportların sadələşdirilmiş qaydada verilməsi ilə bağlı qərarların federal səviyyədə qəbul edildiyini xatırladıb.
Nizami Bağırov