Xəbər lenti

AVRO-2016 öncəsi Rusiya yığmasına ciddi itki üz verdi
İdman15:50 09.05.2016

AVRO-2016 öncəsi Rusiya yığmasına ciddi itki üz verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya yığmasının və İspaniyanın "Valensiya" klubunun futbolçusu Denis Çerışev AVRO-2016-dan kənarda qalacaq. "Report"un məlumatına görə, 26 yaşlı hücumçu La Liqanın XXXVI turunun "Vilyarreal"la qarşılaşmasında zədələnib.

Çerışevin sol baldır əzələsində qırıq aşkarlanıb. Həkimlər futbolçunun mayın 17-də əməliyyat olunmasına qərar veriblər. Onun bərpasına ən azı 4 ay lazım gələcək. Beləliklə, Rusiya yığmasının legioneri qitə çempionatı ilə yanaşı, gələn mövsümün startını buraxmalı olacaq.

Qeyd edək ki, Avropa çempionatı iyunun 8-də start götürəcək.  

Qaynarinfo.az