Xəbər lenti

Avrokomissiya prezidenti Rusiya əleyhinə sanksiyaların uzadıldığını təsdiqlədi
Dünya17:16 14.03.2025

Avrokomissiya prezidenti Rusiya əleyhinə sanksiyaların uzadıldığını təsdiqlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Rusiyaya qarşı sanksiyaların uzadıldığını təsdiqləyib. 
Qaynarinfo xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində məlumat paylaşıb.  
Onun sözlərinə görə, Aİ Rusiyanın Ukraynaya qarşı təcavüzü səbəbindən təxminən 2400 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.  
Fon der Lyayen əlavə edib ki, Avropa İttifaqı aşağıdakı məhdudiyyətləri tətbiq edib:  
səfər qadağaları;  
aktivlərin dondurulması;  
maliyyələşdirmə və resurslara çıxışın qadağan edilməsi.  
"Ukraynaya dəstək məsələsində qətiyyətimiz sarsılmazdır", – deyə o vurğulayıb.  
Bundan əvvəl CBS News nəşri yazmışdı ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı sanksiyaları gücləndirir. Xüsusilə, ABŞ Rusiya Federasiyasının Amerika ödəniş sistemlərinə çıxışını daha da məhdudlaşdıraraq, ölkənin neft, qaz və bank sektorlarına əlavə məhdudiyyətlər tətbiq edir.
Alpər