Xəbər lenti

Avrokuboklarda 1/4 finalın püşkü atıldı
Dünya17:49 20.03.2015

Avrokuboklarda 1/4 finalın püşkü atıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Çempionlar Liqasının və Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Qaynar.info хəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan mərasimlərdə 8 komanda 4 cütlüyü müəyyənləşdirib.
Çempionlar Liqasında İspaniyanın iki klubu - "Atletiko" və "Real" bu mərhələdə üz-üzə gələcək. Komandalar ötən mövsüm turnirin finalında üz-üzə gəlmişdi. Həmin matçda "Real" 4:1 hesablı qələbə qazanmışdı. İspaniyanın digər təmsilçisi "Barselona" PSJ-yə rəqib olub. "Bavariya" "Portu"nu, "Yuventus" "Monako"nu sınağa çəkəcək.
Avropa Liqasında qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş "Sevilya" "Beşikaş"ı mübarizədən kənarlaşdıran "Brügge"yə rəqib olub. Avroliqanın son qalibi "Sevilya" "Zenit"i sınağa çəkəcək. Kiyev "Dinamo"su "Fiorentina", "Volfsburq" "Napoli" ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın ilk oyunları aprelin 14-15-də, cavab matçları 21-22-də keçiriləcək. Avropa Liqasında isə 1/4 finalın ilk oyunları aprelin 16-da, cavab matçları 23-də baş tutacaq.
Çempionlar Liqası
1/4 final
PSJ (Fransa) - Barselona (İspaniya)
Atletiko (İspaniya) - Real (İspaniya)
Portu (Portuqaliya) - Bavariya (Almaniya)
Yuventus (İtaliya) - Monako (Fransa)
Avropa Liqası
1/4 final
Sevilya (İspaniya) - Zenit (Rusiya)
Dnepr (Ukrayna) - Brügge (Belçika)
Dinamo (Ukrayna) - Fiorentina (İtaliya)
Volfsburq (Almaniya) - Napoli (İtaliya)
Qaynar.info