Xəbər lenti

Avropa Birliyi: "Ərdoğan üzr istəməlidir"
Dünya12:21 06.06.2013

Avropa Birliyi: "Ərdoğan üzr istəməlidir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Birliyinin Xarici Əlaqələr Komissiyası Türkiyədə baş verən son hadisələri gündəmə gətirib. 

Qaynar.info-nun məlumatına görə, millət vəkilləri baş verən hadisələrlə bağlı narahatlıqlarını dilə gətiriblər və türk hökumətindən vətəndaşların toplanma azadlıqlarına hörmət edilməsi istənilib. 

Yunan millət vəkili Mariya Eleni Koppa Ərdoğanın dinc nümayişçilərə qarşı güc tətbiq etməsinə görə üzr istəməsini tələb edib: "Ərdoğan gücünü gərginliyi alovlandırmaqla deyil, üzr istəməklə qəbul edərək göstərə bilər". 

Avropa Parlamentinin türkiyə müzakirəçisi Ria Oomen Ruijten də Ərdoğanın atdığı addımın hər kəs kimi onu da təəccübləndirdiyini söyləyib.

Qaynar.info