
Avropa Birliyinə daxil olan 28 ölkə Rusiyaya qarşı sanksiyanın müddətini uzadıb.
"Qaynarinfo" xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyi Rusiyaya qarşı əmlakı dondurma və səyahət qadağasıyla bağlı sanksiyanın müddətini 6 ay artıtılb.
AB qara siyahıya salınan 149 Rus əsilli vətəndaş, Ukraynalı separatçılara və 38 hüquqi şəxsə qarşı sanksiyanı 6 ay müddətində uzadıb.
Qeyd edək ki, Avropa Birliyi 18 mart 2014-cü ildə Krımı və Sevastopolu qanunsuz işğal etdikdən sonra Rusiyaya qarşı tədbirlər görməyə başlayıb.
Digər tərəfdən Avropa Birliyinin Rusiyaya qarşı iqtisadi baxımdan həyata keçirdiyi sanksiyalar 2018-ci ilin yanvar ayına qədər davam edəcək.
Nərmin Həsənli
Qaynarinfo.Az