Xəbər lenti

Avropa Birliyi Ukrayna ilə sazişə hazır olduğunu açıqladı
Dünya07:05 26.01.2014

Avropa Birliyi Ukrayna ilə sazişə hazır olduğunu açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu barədə AB sədri Herman van Rompey Polşanın paytaxtı Varşavada bəyan edib

Avropa Birliyi yenə də əvvəlki kimi Ukrayna ilə sazişə hazır olduğunu bəyan edib. 

Anspress Avropa Şurasının mətbuat xidmətinə istinadən bildirir ki, bu barədə AB sədri Herman van Rompey Varşavada Polşanın baş naziri Donald Tuskla görüşü zamanı bildirib. 

Onun sözlərinə görə, burada əsas şərt hakimiyyətin azad, vahid və demokratik Ukraynaya sadiqliyini nümayiş etdirməsidir. Rompey həm də “Ukrayna hakimiyyətinin çoxu dinc sakin olan etirazçılara qarşı güc tətbiq etməsini” qınayıb. O, nümayişdə iştirak etdiklərinə görə tutulanların da tezliklə buraxılmasını arzulayıb.

Qaynar.info