Xəbər lenti

Avropa Birliyindən Ərdoğana XƏBƏRDARLIQ
Dünya06:57 24.12.2013

Avropa Birliyindən Ərdoğana XƏBƏRDARLIQ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Komissiyasının Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle dünən müavini vasitəsilə bir açıqlama verərək baş nazir Tayyib Ərdoğanı Türkiyənin Avropa Birliyi üzvlüyünü təhlükəyə atdığını bildirib.

Qaynar.info
xəbər verir ki, açıqlamada Ərdoğanın Avropa Birliyinin məhkəmə azadlığının təminatçısı olan qaydaları pozduğunu və bunun Türkiyənin Avropa Birliyi üzvlüyü üçün ən önəmli şərtlərdən biri olduğu xatırladılıb.

"Polis müdürlərinin qovulması və polisə istintaq məsələsində yuxarılara məlumat verilməsi üçün təzyiqlər edilməsi, istintaqların müstəqil olmaması ciddi narahatlıqlar yaradır" deyə açıqlamada bildirilib.

Dünən də Avropa Parlamentinin İngiltərədən olan millət vəkili Endryu Daf Avropa Birliyini Türkiyədəki rüşvət və korrupsiya əməliyyatı məsələsində səssiz qalmaqda ittiham etmişdi.

Qaynar.info