
Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun 32 trilyon dollarlıq offşor sahibləri ilə bağlı sənədləri ortaya çıxarmasından sonra bir çox ölkə sənədlərdəki gizli adların izinə düşüb.
Qaynar.info-nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, banklarında külli miqdarda offşor hesabları saxlayan Lüksemburq Avropa Birliyinin təzyiqlərilə üzləşib. Lüksemburq tərəfindən verilən açıqlamada bankçılıqla bağlı Avropa Birliyi ilə bütün məlumatları 2015-ci ildə paylaşacağı bildirilib.
Lüksemburq baş naziri Jan-Klod Junker Avropa Birliyindən olan müştərilərə aid məlumatların paylaşılmasına 2015-cilin yanvarın 1-dən etibarən başlayacaqlarını bildirib.
Ölkənin maliyyə naziri Luk Friden də verdiyi açıqlamasında maliyyə sektorunda daha çox şəffaflığa açıq olduqlarını bildirmişdi.
Lüksemburqdan sonra Avstriya da eyni addımı atacaqlarına qərar verib. Ölkənin baş naziri Verner Faymann ölkəsinin vergidən yayınan pulların saxlandığı bir ölkə olmasını qəbul etməyəcəyini və xarici vətəndaşların hesab məlumatlarının paylaşılacağını açıqlayıb.
Qaynar.info